Главная > Dünya > ABŞ-ın peyvəndləri noyabrdan əvvəl təsdiqlənməyəcək

ABŞ-ın peyvəndləri noyabrdan əvvəl təsdiqlənməyəcək


14-08-2020, 09:42. Разместил: azadses
“ABŞ istehsalı peyvəndlərin noyabr ayına qədər qeydiyyata alınması ehtimalı azdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Milli Səhiyyə İnstitutlarının direktoru Frensis Kollins açıqlama verib. O bildirib ki, geniş həcmli sınaqların keçirilməsinin vacibliyi nəzərə alınmaqla peyvəndlərin noyabr ayına qədər təsdiqlənməsi real görünmür. Bundan əlavə, peyvəndlərin kütləvi istifadəyə buraxılmazdan əvvəl ən az 10 000 nəfər üzərində test edilməli olduğunu vurğulayıb. 
Kollins, həmçinin qeyd edib ki, hazırlanan 6 peyvənddən ən az biri ilin sonuna qədər etibarlılığını və effektivliyini sübut edəcək.

Вернуться назад