Главная > Dünya > Özbəkistanda güclü zəlzələ olub

Özbəkistanda güclü zəlzələ olub


6-11-2023, 11:18. Разместил: azadses
Özbəkistanda 5 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspediyası məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:57-də (Bakı vaxtı ilə 02:57-də) baş verib. Seysmohadisənin ocağı 15 km dərinlikdə yerləşib. Qeyd olunub ki, zəlzələ Özbəkistanın Buxara vilayətinin ərazisində olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.


Вернуться назад