Главная > Dünya > İordaniya kralı: HHQ Qəzzaya tibbi ləvazimat çatdırıb

İordaniya kralı: HHQ Qəzzaya tibbi ləvazimat çatdırıb


6-11-2023, 10:30. Разместил: azadses
İordaniya Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzza zolağındakı səhra xəstəxanasına bir qrup dərman çatdırıb.

“Report” xəbər verir ki, bu barədə Kral II Abdalla sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, ləvazimatlar paraşütlə atılıb:

“Qorxmaz Hərbi Hava Qüvvələrimiz gecə yarısı Qəzzadakı İordaniya səhra xəstəxanasına təcili tibbi yardım çatdırıb. Biz həmişə fələstinli qardaşlarımızın yanında olacağıq”, – o qeyd edib.


Вернуться назад