Главная > Dünya > KİV: ABŞ-nin Suriyadakı bazası dron hücumuna uğrayıb
KİV: ABŞ-nin Suriyadakı bazası dron hücumuna uğrayıb29-10-2023, 17:53. Разместил: azadses |
ABŞ-nin Suriyanın Həsəkə mühafəzəsinin Şəddadə şəhərindəki hərbi bazası dron hücumuna uğrayıb. “Report” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı bildirib. Məlumata görə, İraq İslami Müqaviməti Cebs neft yatağının yaxınlığında yerləşən Amerika bazasına hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Xatırladaq ki, bu gün telekanal ABŞ-nin hərbi bazasının atəşə tutulduğunu söyləmişdi. Вернуться назад |