Главная > Dünya > Vanuatuda güclü zəlzələ olub

Vanuatuda güclü zəlzələ olub


29-10-2023, 14:28. Разместил: azadses
Okeaniya bölgəsində yerləşən Vanuatunun sahilində 6 maqnitudada zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Avropa – Aralız dənizi Seysmoloji Mərkəzin verilənlərindən məlum olub.

Qeyd olunub ki, yeraltı təkanların episentri Vanuatunun paytaxtı Port-Viladan 193 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 80 km dərinlikdə olub. Seysmohadisə yerli vaxtla 15:32-də (Bakı vaxtı ilə 08:32-də) qeydə alınıb.

Regionada sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.


Вернуться назад