Главная > Dünya > Türkiyə və Səudiyyə Ərəbistanı liderləri bu gün Qahirədə görüşəcək

Türkiyə və Səudiyyə Ərəbistanı liderləri bu gün Qahirədə görüşəcək


21-10-2023, 12:10. Разместил: azadses
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz əs-Səud, həmçinin Avropanın yüksək vəzifəli rəsmiləri arasında bu gün Misirin paytaxtı Qahirədə bir sıra görüşlər planlaşdırılır.

"Report" "Blomberg"ə istinadən xəbər verir ki, görüşə Misir Prezidenti ev sahibliyi edəcək.

Rəsmilər Qəzza zolağına humanitar yardımların daxil olmasını təmin etməyi və İsrail-Həmas müharibəsinin daha geniş münaqişəyə çevrilməsinin qarşısını almağı müzakirə edəcək.

Nəcməddin Quluzadə


Вернуться назад