Главная > Dünya > "Rəfah" keçid məntəqəsindən 20 ton humanitar yük keçirilib - YENİLƏNİB

"Rəfah" keçid məntəqəsindən 20 ton humanitar yük keçirilib - YENİLƏNİB


21-10-2023, 10:33. Разместил: azadses
Hazırda Misir və Qəzza zolağı arasında yerləşən "Rəfah" keçid məntəqəsindən humanitar yüklərin keçidi təmin olunur.

“Report” xəbər verir ki, bu barədə "Frans Press" məlumat yayıb.

Keçid edən yüklərin ümumi həcminin 20 ton olduğu bildirib.

10:57
Bakı vaxtı ilə saat 11:00 da (yerli vaxtla 10:00) Qəzza zolağı və Misir arasında yerləşən "Rəfah" keçid məntəqəsinin açılacağı gözlənilir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Cozef Bayden və İsrail baş naziri Benyamin Netanyahu arasında olan telefon danışığında müzakirə olunub.

ABŞ prezidenti ilk 20 yük maşınının 24-48 saat ərzində "Rəfah" keçid məntəqəsindən keçəcəyinə inandığını bildirib.

Nəcməddin Quluzadə


Вернуться назад