Главная > Dünya > Ermənistanda ordu korpusunun rəhbərliyi barədə cinayət işi başlanılıb
Ermənistanda ordu korpusunun rəhbərliyi barədə cinayət işi başlanılıb20-10-2023, 13:46. Разместил: azadses |
Ermənistan Müdafiə Nazirliyinin ordu korpusunun rəhbərliyi, həmçinin bölük və rota komandirləri barədə cinayət işi başlanılıb. “Report” xəbər verir ki, bu barədə ölkənin baş prokurorluğu məlumat yayıb. Onlar Azərbaycanla sərhəddə xidmətdə olan zaman döyüş növbətçiliyi qaydalarını pozmaqda ittiham olunurlar. Cinayət işi baxılması üçün Sünik vilayətinin birinci instansiya məhkəməsinə göndərilib. Nəcməddin Quluzadə Вернуться назад |