Главная > Dünya > Avropa Parlamentinin “Mikki Mausun Parlamenti” ləqəbindən qurtulması çətin olacaq
Avropa Parlamentinin “Mikki Mausun Parlamenti” ləqəbindən qurtulması çətin olacaq17-10-2023, 08:49. Разместил: azadses |
Avropa Parlamentinin yüzlərlə üzvü və işçisini daşıyan qatar Strasburq şəhərinə deyil, Disneylendə çatıb. Bu hadisə isə hazırcavablara qanunverici qurumu haqlı olaraq “Mikki Mausun Parlamenti” adlandırmağa əsas verib. “Report” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. “Bu, Avropa Parlamentini “Mikki Mausun Parlamenti” adlandıranları dəstəkləyəcək bir hadisə idi”, - məqalədə qeyd olunub. Məqalədə bildirilib ki, Avropa Parlamenti hər ay Avropa İttifaqının (Aİ) deputatları və rəsmiləri üçün qatarlar icarəyə götürür. Bu qatarlar Brüssellə Fransanın şərqindəki Strasburqda yerləşən iki iş yeri arasında fəaliyyət göstərir. Qərb KİV-ləri deputatları köməkçiləri və yığın-yığın sənədlər ilə birlikdə Brüssellə Strasburq arasında dolaşan bu qanunverici orqanı mütəmadi olaraq ələ salır. Onları hətta istehza ilə “köçəri quşlar” da adlandırırlar. Lakin Fransa bu məsələ ilə bağlı təkid edir ki, Strasburq Aİ müqaviləsində avropalı deputatların iş yeri kimi göstərilib. “Brüssel-Midi stansiyasından yola düşən qatar Şarl de Qoll hava limanından ayrılaraq Disneylendin yerləşdiyi Marn-la-Valle-Şessiyə doğru istiqamətlənib. Bu, 45 dəqiqəlik gecikməyə səbəb olub”, - “Politico”da dərc olunan məqalədə bildirilib. Avropa Parlamentinin niderlandlı deputatı Samira Rafaela “X” sosial şəbəkəsində bununla bağlı fotonu “Disneylend Komandası” adı ilə paylaşaraq düşdükləri vəziyyəti ələ salıb. “Burada demək olar ki, hər kəs bu vəziyyətə gülür”, - deputatlardan birinin köməkçisi qeyd edib. Başqa deputatın köməkçisi isə şikayət edib ki, qatarda “pulsuz attraksion” yoxdur. Parlamentarilərdən birinin köməkçisi Emmanuel Foulon zarafatla deyib ki, Avropa Parlament indi “Disneyin” cəlbedici şüarını qəbul etməlidir: “Xəyalların gerçəkləşdiyi yer”. “Avropa Parlamentinin səyyar sirk kimi imici hər saat daha da reallaşır”, - Brüsseldə yerləşən “Good Lobby” QHT-nin təsisçisi Alberto Alemano “X”də yazıb. Xatırladaq ki, Sosialist Partiyasının yüksək vəzifəli deputatı Pedro Silva Pereyra bu ilin aprelində Avropa Parlamentinin qapalı iclasında Strasburqa gedən qatarlarda kifayət qədər yer olmadığını söyləyib və qurumun daha çox qatar icarəyə götürə bilib-bilməyəcəyini soruşub. Lakin Avropa Xalq Partiyasının deputatı, Avropa Parlamentində inzibati işlərlə məşğul olan Kristof Hansen cavab verib ki, bu məqsədlə kifayət qədər qatar yoxdur. Вернуться назад |