Главная > Dünya > ABŞ-də müsəlman ailəyə hücum olub, 6 yaşlı uşaq ölüb

ABŞ-də müsəlman ailəyə hücum olub, 6 yaşlı uşaq ölüb


16-10-2023, 14:33. Разместил: azadses
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Çikaqo şəhərində müsəlman bir ailəyə hücum olub.

“Report” “The Newyork Times”a istinadən xəbər verir ki, 71 yaşlı Josef M. adlı şəxs 32 yaşlı müsəlman qadını və onun 6 yaşlı oğlunu bıçaqlayıb. 26 bıçaq zərbəsi alan uşaq hadisə yerində ölüb.

ABŞ hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, ailə müsəlman olub.

Prezident Co Bayden hücuma münasibət bildirərək müsəlman uşağın öldürülməsinin dəhşətli nifrət aktı olduğunu bildirib.

Nəcməddin Quluzadə


Вернуться назад