Главная > Dünya > İsrailin rabitə naziri: "Əl-Cəzirə" HƏMAS-ı təbliğ etdiyi üçün ölkədə bağlanmalıdır"
İsrailin rabitə naziri: "Əl-Cəzirə" HƏMAS-ı təbliğ etdiyi üçün ölkədə bağlanmalıdır"15-10-2023, 17:00. Разместил: azadses |
HƏMAS-ın təbliğatını apardığı üçün "Əl-Cəzirə"nin İsraildəki bürosu bağlanmalıdır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin rabitə naziri Şlomo Karhi bildirib. Karhi Qətər televiziyasını HƏMAS-ı dəstəkləməkdə və İsrail əsgərlərini Qəzza zolağından potensial hücumlara məruz qoymaqda günahlandıraraq, hökumətdən "Əl-Cəzirə"nin yəhudi dövlətindəki bürosunun bağlanmasını istəyib. Onun sözlərinə görə, "Əl-Cəzirə" HƏMAS-ın təhrik və təbliğatını yaymaq üçün kanaldır. Вернуться назад |