Главная > Dünya > “Fantaziya” səyyar sirki "Qala" qoruğunda çıxış edəcək

“Fantaziya” səyyar sirki "Qala" qoruğunda çıxış edəcək


9-10-2023, 21:04. Разместил: azadses
“Fantaziya” səyyar sirki oktyabrın 21-də Bakıda, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda çıxış edəcək.

“Report”un verdiyi xəbərə görə, proqram çərçivəsində Ukrayna, Moldova, Rusiya və Özbəkistandan olan sirk ustalarının çıxışları baş tutacaq. 90 dəqiqəlik proqramda akrobatların, gimnastların, təlxək və janqlyorların çıxışı, mono velosiped və sərbəst pilləkəndə müxtəlif hərəkətlər yer alacaq.

Ziyarətçilər tamaşaya baxmaqla yanaşı, qoruq ərazisində piknik də təşkil edə biləcəklər.

Qeyd edək ki, “Fantaziya” səyyar sirki bundan sonra da mütəmadi olaraq tamaşaçılar qarşısında müxtəlif proqramlarla çıxış edəcək.

Afət Əlipaşayeva


Вернуться назад