Главная > Dünya > Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 mini ötüb, 9 mindən çox insan yaralanıb - YENİLƏNİB 3
Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 mini ötüb, 9 mindən çox insan yaralanıb - YENİLƏNİB 38-10-2023, 14:42. Разместил: azadses |
Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb, 9 000-dən çox insan yaralanıb. “Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökumətinin Təbii Fəlakətlə Mübarizə Nazirliyi bildirib. Agentlik qeyd edib ki, təbiət hadisəsində 2 053 nəfər ölüb, 9 240 nəfər yaralanıb. Bundan başqa, 1 329 ev dağılıb. Eyni zamanda, “Taliban” hökumətinin İnformasiya və Mədəniyyət Nazirliyinin nümayəndəsi Abdulla Vahid Rayanın “Associated Press”ə dediyinə görə, yeraltı təkanlar nəticəsində 6 kənd tamamilə dağılıb. 09:50 Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb. “Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökumətinin nümayəndəsi bildirib. Xatırladaq ki, daha öncə “Taliban” hökumətinin nümayəndəsinin müavini Bilal Kərimi AFP-yə ölənlərin sayının mini ötdüyünü açıqlamışdı. 09:19 Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb. “Report” xəbər verir ki, bu barədə AFP “Taliban” hökumətinin nümayəndəsi Bilal Kərimi istinadən bildirib. “Təəssüf ki, qurbanların sayı böyükdür... Ölənlər 1 000-dən çoxdur”, - o deyib. Xatırladaq ki, oktyabrın 7-də yerli vaxtla saat 11:00 radələrində Əfqanıstanın Herat şəhərindən 40 km qərbdə 6,3 maqnitudalı zəlzələ olub. Təbiət hadisəsi qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub. ABŞ Geoloji Xidmətinin verilənlərinə görə, ilk zəlzələdən sonra 5,9 və 5,5 maqnitudalı daha bir neçə təkan baş verib. 08:41 Əfqanıstanda baş verən güclü zəlzələdə 500 nəfər ölüb. “Report” xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin sözçüsü Erfanullah Şərəfzoi bildirib. Qeyd edək ki, 6,3 bal gücündə baş verən zəlzələnin episentri 272 min insanın yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə olub. Вернуться назад |