Главная > Dünya > Tibetdə amerikalı və nepallı alpinistlər qar uçqunu nəticəsində həlak olublar
Tibetdə amerikalı və nepallı alpinistlər qar uçqunu nəticəsində həlak olublar8-10-2023, 12:09. Разместил: azadses |
Himalay sıra dağlarının Çinin Tibet Muxtar Rayonunun ərazisinə düşən Şişapanqma (8 027 m) dağı bölgəsində qar uçqunu nəticəsində amerikalı və nepallı alpinist ölüb, 2 nəfər isə itkin düşüb. “Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çinin “Xinhua” dövlət agentliyi məlumat yayıb. Bildirilib ki, itkin düşən iki nəfər də amerikalı və nepallı alpinistlərdir. Qeyd olunub ki, ağır yaralı nepallı alpinist hələ ötən gün gecə dağdan endirilib. Çinin dövlət KİV-i 7 600 metr yüksəklikdə baş verən qar uçqunun miqyası barədə ətraflı bilgi verməyib. “Reuters”in qeydinə görə, oktyabr ayı Himalay dağlarında alpinistlər üçün populyar aydır, çünki musson yağışları azalır. Lakin alimlər xəbərdarlıq edirlər ki, qlobal istiləşmə Himalaylar da daxil olmaqla yüksək dağlıq bölgələrdə uçqun riskini artırır. Вернуться назад |