Главная > Dünya > Türkiyə hərbçisi şəhid olub

Türkiyə hərbçisi şəhid olub


6-10-2023, 09:36. Разместил: azadses
İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı zonasında Türkiyə Silahlı Qüvvələrinin piyada çavuşu Rəcəb Parlaq terrorçuların atəşi nəticəsində şəhid olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçi sentyabrın 30-da yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxilələrinə baxmayaraq, R. Parlağın həyatını xilas etmək mümkün olmayıb.


Вернуться назад