Главная > Dünya > Pentaqon süni intellekt tərtibatçılarına çağırış edib
Pentaqon süni intellekt tərtibatçılarına çağırış edib30-09-2023, 13:00. Разместил: azadses |
Pentaqonun süni intellektin gücləndirilməsi üçün istifadə olunan texnologiyalar haqqında daha çox məlumata ehtiyacı var, ona görə də departament süni intellektin inkişaf etdiricilərini daha şəffaf olmağa çağırır. “Report” xəbər verir ki, bu barədə “Bloomberg”ə ABŞ Müdafiə Nazirliyinin Rəqəmsal Texnologiyalar və Süni İntellekt Departamentinin rəhbəri Kreyq Martell bildirib. Martell, süni intellekt işində istifadə edilən modelləri “yadplanetli texnologiya” ilə müqayisə edərək, Pentaqon rəsmilərinin bu modellərin strukturu və ya istifadə etdikləri məlumatlar haqqında heç bir təsəvvürlərinin olmadığını qeyd edib. O əlavə edib ki, şirkətlər sistemlərinin yarada biləcəyi təhlükələr barədə məlumat vermirlər. “Biz bu modellərin işləməsini dayandırmaq istəmirik. Biz sadəcə onların istifadəsini, faydalarını, təhlükələrini və onlarla necə mübarizə aparacağını anlamaq istəyirik”. Вернуться назад |