Главная > Dünya > Polis İrəvanda küçələri bağlayan etirazçıları həbs edib
Polis İrəvanda küçələri bağlayan etirazçıları həbs edib26-09-2023, 15:21. Разместил: azadses |
Ermənistan polisi baş nazir Nikol Paşinyanın istefasını tələb edən, İrəvanın mərkəzi küçələrini bağlayan etirazçıları saxlamağa başlayıb. “Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. İlk öncə polis etirazçılara mərkəzi prospekti açmaq üçün vaxt verib. Bu tələbə əməl edilmədikdə onları saxlamağa başlayıb. Məlumata görə, təxminən 10 nəfər polis bölməsinə aparılıb. Hazırda nümayişçilər İrəvanın digər küçələrini də bağlamağa çalışırlar. Вернуться назад |