Главная > Dünya > Kisida: BMT TŞ-də daimi və qeyri-daimi üzvlərin sayı artırılmalıdır

Kisida: BMT TŞ-də daimi və qeyri-daimi üzvlərin sayı artırılmalıdır


20-09-2023, 10:25. Разместил: azadses
Afrika BMT Təhlükəsizlik Şurasında daha çox təmsil olunmalı, həmçinin daimi və qeyri-daimi üzvlərin sayı artırılmalıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu bəyanatla Yaponiyanın Baş naziri Fumio Kisida BMT Baş Assambleyasında çıxış edib.

“Dünya kəskin şəkildə dəyişir. Bizə bugünkü dünyanı əks etdirən Təhlükəsizlik Şurası lazımdır. Yaponiya daha çox Afrika təmsilçiliyini dəstəkləyir. Biz Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvlüyünü genişləndirməliyik”, - siyasətçi vurğulayıb.

Xatırladaq ki, daha öncə BMT-nin Baş katibi Antoniu Quterreş BMT TŞ-nin “müstəmləkəçi dünyanın” reallıqlarını əks etdirdiyini deyib.

Qeyd edək ki, Yaponiya ardıcıl olaraq BMT-də islahatların, o cümlədən ölkələrin BMT TŞ-də təmsilçiliyinin genişləndirilməsinin tərəfdarıdır. Yaponiya Braziliya, Almaniya və Hindistanla birlikdə üzvləri BMT Təhlükəsizlik Şurasında daimi yer almaq üçün bir-birlərinin təkliflərini dəstəkləməyə öhdəlik götürmüş G4 qrupunun nümayəndəsidir.


Вернуться назад