Главная > Dünya > Rusiyada zəncirvari qəzada dörd nəfər ölüb

Rusiyada zəncirvari qəzada dörd nəfər ölüb


16-09-2023, 18:00. Разместил: azadses
Rusiyanın Ryazan vilayətinin Mixaylovski rayonunda dörd minik avtomobilinin, o cümlədən yük maşınının iştirakı ilə baş verən qəzada 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu gün saat 09:40 radələrində Mixaylovski rayonu ərazisində, R-22 Kaspiy yolunun 227-ci km-də “Hyundai Solaris”, “Lada Granta”, “Toyota” markalı minik avtomobilləri ilə yarımqoşqulu yük maşınının toqquşması baş verib.

Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü və iki sərnişini, həmçinin “Lada” markalı avtomobilin sürücüsü aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. “Lada” markalı avtomobilin sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib.*
Вернуться назад