Главная > Dünya > Yaponiyanın Nazirlər Kabineti tam heyətlə istefa verib

Yaponiyanın Nazirlər Kabineti tam heyətlə istefa verib


13-09-2023, 11:10. Разместил: azadses
Yaponiyanın Nazirlər Kabineti üzvlərinin hamısı istefa verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Fumio Kisidanın dəftərxanası məlumat yayıb.

Qeyd olunur ki, bu, Nazirlər Kabinetinin rəhbəri tərəfindən həyata keçirilən kadr dəyişikliyi ərəfəsində, xüsusən də mümkün növbədənkənar seçkilər ərəfəsində əhalinin reytinqini artırmaq və ondan dəstək almaq məqsədi ilə edilib.

Hökumətin fövqəladə iclasında onun bütün üzvləri müvafiq bəyanatlar veriblər və Baş nazir bunları qəbul edib. Nazirlər Kabinetinin yeni tərkibi yaxın saatlarda açıqlanmalıdır.

Ənənəvi olaraq dəyişikliklərdən bir gün əvvəl yeni təyinatların tam siyahısını dərc edən Yaponiya mətbuatının məlumatına görə, bu dəfə Nazirlər Kabinetinin 19 nazirindən 11-i, o cümlədən Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəhbərləri dəyişdiriləcək. Bundan əlavə, növbəti hökumətdə 5 qadın olacaq ki, bu da Yaponiya tarixində ən çox say olacaq.


Вернуться назад