Главная > Dünya > Türkiyənin vitse-prezidenti: “Türk dünyası ilə Şimali Kiprin əlaqələrini gücləndirməyə çalışırıq”

Türkiyənin vitse-prezidenti: “Türk dünyası ilə Şimali Kiprin əlaqələrini gücləndirməyə çalışırıq”


12-09-2023, 14:35. Разместил: azadses
“Türk dünyası ilə Şimali Kiprin əlaqələrini gücləndirməyə çalışırıq”.

“Report” xəbər verir ki, bunu Şimali Kiprdə səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bunun üçün səylər göstərilir: “Bugünkü görüşlərimizdə də bu barədə danışacağıq".

C.Yılmaz qeyd edib ki, Türkiyə daim dost və qardaş ölkələrin yanındadır: “Liviyada daşqınların nəticəsinin aradan qalması üçün səylərimiz də bunun göstəricisidir”.

Vitse- prezidentin sözlərinə görə, Türkiyə ilə Şimali Kipr arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq davam edir: “Həyata keçirdiyimiz layihələr Şimali Kiprlə Türkiyənin qardaşlığının təzahürüdür. Bizim taleyimiz birdir. Heç kim əlaqələrimizə təsir edə bilməz”.

O söyləyib ki, Şimali Kiprlə Türkiyə bütün sahələrdə birgə addımlayacaq.


Вернуться назад