Главная > Dünya > İrəvan sakinlərini təşvişə salan şəxslər saxlanılıb
İrəvan sakinlərini təşvişə salan şəxslər saxlanılıb10-09-2023, 13:49. Разместил: azadses |
Şənbə günü Ermənistanın paytaxtı İrəvanda sakinlər arasında təşviş yaradan şəxslər saxlanılıb. Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, saat 22:00-da atəşfəşanlığın təşkilatçısı və icraçısı müəyyən olunub. Onlar polis əməkdaşları tərəfindən inzibati həbs olunublar. Atəşfəşanlıq şəhərin hər yerində eşidilib və sakinlərin geniş narahatlığına səbəb olub. Вернуться назад |