Главная > Dünya > Fransanın Mozel departamentinin baş ravvini Ermənistan liderinin sözlərindən şoka düşüb
Fransanın Mozel departamentinin baş ravvini Ermənistan liderinin sözlərindən şoka düşüb9-09-2023, 16:06. Разместил: azadses |
Fransanın şimal-şərqindəki Mozel departamentinin və Mets şəhərinin baş ravvini Bruno Fişzon Holokost mövzusundan istifadə edən Ermənistan siyasi liderinin sözlərindən şoka düşüb. “Report” xəbər verir ki, bu barədə Bolqarıstanın “Sofia Globe” nəşrində dərc edilən məqalədə deyilir. Məqalədə qeyd olunur ki, avqustun 27-dən sentyabrın 7-dək Amerika və Avropanın 86 aparıcı ravvini Bakı ravvini Zamir İsayevin çağırışına cavab verib və Azərbaycanın iblisləşdirilməsinə və onun düşmənlərinin Holokost mövzusundan istifadə etməsinə qarşı çıxış ediblər. Onlar erməni təbliğatının hər hansı siyasi məqsədlərə nail olmaq naminə Holokost mövzusundan istifadəsinə dərhal və tam son qoymasını tələb ediblər. Yəhudi din xadimləri həmçinin Ermənistanın İranla əməkdaşlığı ilə bağlı da məyusluqlarını bildiriblər: “Ermənistan hökumətinin daim açıq şəkildə İsrailin məhv edilməsinə çağırış edən İran İslam Respublikasının hökuməti ilə əməkdaşlığından dərin məyusluğumuzu bildirmək istərdik”. Zamir İsayevin özü isə qeyd edib ki, ABŞ və Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlamaq üçün səylər göstərirlər və “soyqırımı” məsələsini gündəmə gətirməklə Azərbaycana psixoloji təzyiq göstərmək yalnız danışıqlar prosesinə zərər verə bilər. Вернуться назад |