Главная > Dünya > TDT-nin baş katibi: "Fövqəladə hadisələrdən az zərər görmək üçün güclərimizi maksimum dərəcədə birləşdirməliyik"

TDT-nin baş katibi: "Fövqəladə hadisələrdən az zərər görmək üçün güclərimizi maksimum dərəcədə birləşdirməliyik"


7-09-2023, 18:00. Разместил: azadses
"Fövqəladə hadisələrdən az zərər görmək üçün güclərimizi maksimum dərəcədə birləşdirməliyik".

"Report" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev deyib.

O bildirib ki, Türk dövlətlərinin birgə əməkdaşlıqları vacib addımdır:

"Ölkə başçıları bu birliyə, qardaşlığa böyük önəm verir. Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi ilə bağlı birlikdə işlər görürür. İndiyə qədər işçi qrupların 6 iclası keçirilib. İclaslarla bağlı işçi qrupları adiyyəti üzrə məruzələr ediblər.

Hazırda məqsəd Təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, fövqəladə hallar zamanı birgə və koordinasiyalı fəaliyyətin təşkilinə nail olunması məsələlərinin müzakirəsi və təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş layihəsinin müzakirəsidir".


Вернуться назад