Главная > Dünya > Oliksiy Danilov: “Ukrayna qoşunları 1500 km məsafədə düşmən hədəflərini vura biləcək”

Oliksiy Danilov: “Ukrayna qoşunları 1500 km məsafədə düşmən hədəflərini vura biləcək”


2-09-2023, 11:07. Разместил: azadses
“Ukrayna qoşunları 1500 km məsafədə düşmən hədəflərini vura biləcək”.

“Report” xəbər verir ki, bunu ölkənin Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov deyib.

O bildirib ki, Ukraynada Rusiyanın dərinliklərindəki hədəflərini vura bilən silahlar hazırlanır: “Bu, Ukraynanın özünün iki layihəsi - raket proqramı və dron proqramı sayəsində mümkün olub”.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl 700 kilometr məsafədən Rusiyanın hədəfini vurduqlarını açıqlayıb.


Вернуться назад