Главная > Dünya > İraq ABŞ vətəndaşını öldürməkdə təqsirli bilinən beş nəfərə ömürlük həbs cəzası verib
İraq ABŞ vətəndaşını öldürməkdə təqsirli bilinən beş nəfərə ömürlük həbs cəzası verib31-08-2023, 17:01. Разместил: azadses |
Bağdad Cinayət Məhkəməsi 2022-ci ildə İraqda ABŞ vətəndaşını qətlə yetirməkdə təqsirli bilinən dörd iraqlı və bir iranlıya ömürlük həbs cəzası verib. “Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Onun sözlərinə görə, 2022-ci ilin noyabrında Bağdadın mərkəzində humanitar təşkilatın əməkdaşı olan ABŞ vətəndaşının avtomobili bir qrup naməlum şəxs tərəfindən atəşə tutulub. İraqlı silahlı qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürərək, bunun İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri general Qasım Süleymaninin öldürülməsinə cavab olduğunu bildirib. Вернуться назад |