Главная > Dünya > Ukrayna quru qoşunlarının komandanı: "Düşmən müdafiəmizi yarmağa çalışır"

Ukrayna quru qoşunlarının komandanı: "Düşmən müdafiəmizi yarmağa çalışır"


30-08-2023, 11:08. Разместил: azadses
Ukrayna quru qoşunlarının komandanı general Aleksandr Sırski cəbhənin ən çətin istiqamətini açıqlayıb.

“Report” xəbər verir ki, o, bu barədə teleqramda yazıb.

A.Sırskinin sözlərinə görə, şərq cəbhəsində durum ağır olaraq qalır: “Baxmut və Liman- Kupyansk istiqamətlərində rus qoşunları Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa çalışır. Ən ciddi döyüşlər Rayqorodok və Kovalevka yaşayış məntəqələrində gedir. Düşmən itkilərə baxmayaraq, müdafiəni yarmağa çalışır”.

Generalın sözlərinə görə, qarşı tərəf öz qoşunlarının sayını və döyüş effektivliyini artırmaq üçün Rusiya ərazisindən yeni bölmələr gətirir: “Rus bölmələri yenidən qruplaşır”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Baş Qərargahı bütün cəbhə xətti boyunca ağır döyüşlər getdiyini, son sutka ərzində 35 hərbi toqquşma olduğunu açıqlamışdı. Məlumata görə, Ukrayna aviasiyası işğalçıların şəxsi heyətinin cəmləşdiyi ərazilərə 8 zərbə endirib.


Вернуться назад