Главная > Dünya > Niger ABŞ, Almaniya və Nigeriya səfirlərinin ölkədən çıxarılması ilə bağlı bəyanatını geri götürüb

Niger ABŞ, Almaniya və Nigeriya səfirlərinin ölkədən çıxarılması ilə bağlı bəyanatını geri götürüb


26-08-2023, 10:20. Разместил: azadses
Fransanın AFP xəbər agentliyi Nigerin ABŞ, Almaniya və Nigeriya səfirlərini ölkədən çıxarması ilə bağlı xəbərlərini silib.

“Report” nəşrə istinadən xəbər verir ki, məlumat ilkin olaraq Vətənin Müdafiəsi üzrə Milli Şura (Niger üsyançılarının yaratdığı qurum) tərəfindən təsdiqlənən “yalan bəyanat”a əsaslanıb. Lakin sonradan Şura bu təsdiqi rədd edib.

Yalnız Fransa səfirinin göndərildiyi məlumat ləğv edilməyib.

Xatırladaq ki, Paris artıq tələbi yerinə yetirməkdən imtina edib. Fransa Xarici İşlər Nazirliyi hesab edir ki, “üsyançıların səfiri ölkədən çıxarmaq səlahiyyəti yoxdur”.


Вернуться назад