Главная > Dünya > Hamilə qala bilmədiyi üçün həkimə gedən qadın ...

Hamilə qala bilmədiyi üçün həkimə gedən qadın ...


11-08-2020, 14:59. Разместил: azadses
Hindistanda həkimləri şoka salan olay yaşanıb.
Hokm.az milli.az-a istinadla bildirir ki, Hindistanda yaşayan 28 yaşlı qadının əslində genetik olaraq kişi olduğu aşkarlanıb.
Adı mətbuata açıqlanmayan qadın 9 ildir ailəli olmasına baxmayaraq hamilə qala bilmədiyi üçün xəstəxanaya müraciət edib. Araşdırmalar nəticəsində məlum olub ki, o, xarici görünüşcə tamamilə qadına bənzəsə də, əslində genetik olaraq kişi cinsi nümayəndəsidir.
Həkimlər qadının uşaqlıq və yumurtalığının olmadığını, həyatı boyunca menstruasiya keçirmədiyini, qarın ağrısının isə xayalıq xərçənginin simptomu olduğunu aşkarlayıblar.
Xəstənin vəziyyəti ilə bağlı açıqlama verən onkoloq Anupam Datta bildirib ki, xəstə görünüşcə tamamilə qadına bənzəyir.
“Səsinə qulaq asdıqda, sinəsinə və cinsiyyət orqanına baxdıqda onun qadın olduğunu düşünürük. Amma, o, genetik olara kişidir. Belə ki, onun xayalıqları inkişaf etmədiyi üçün bədəni testosteron ifraz etməyib. Yəni, qadın hormonları onun kişi kimi görünüşünün formalaşmasına mane olub.
Hazırda müalicəsi davam etdirilən xəstənin 28 yaşlı bacısının və iki xalasının da “Morris” sindromundan əziyyət çəkdiyi müəyyənləşib.


Вернуться назад