Главная > Dünya > Şimali Koreya lideri gəmidən qanadlı raket buraxılışını izləyib

Şimali Koreya lideri gəmidən qanadlı raket buraxılışını izləyib


21-08-2023, 09:32. Разместил: azadses
Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidə qanadlı raketin buraxılışını izləyib.

“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Raketlərin buraxılması KXDR-in real döyüşdə tapşırıqların yerinə yetirilməsinə yönəlmiş hərbi təlimləri çərçivəsində həyata keçirilib.

Nəşr bildirib ki, sınaqlar nəticəsində bütün hədəflər vurulub, bir dənə də olsun səhvə yol verilməyib.


Вернуться назад