Главная > Dünya > Rusiyalı deputat: “Ermənistanın kənardan hər hansı həll yolunu qəbul etdirmək cəhdi eskalasiyaya aparan yoldur”

Rusiyalı deputat: “Ermənistanın kənardan hər hansı həll yolunu qəbul etdirmək cəhdi eskalasiyaya aparan yoldur”


17-08-2023, 17:35. Разместил: azadses
“Kənardan qəbul etdirilən sxemlər Bakı ilə İrəvan arasında dialoqu əvəz edə bilməz”.

"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Dmitri Savelyev BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanskinin bəyanatına münasibət bildirərkən deyib.

“Xatırladım ki, 1991-ci ildə hər iki ölkə bir-birinin ərazi bütövlüyünə hörmət haqqında bəyannamə imzalayıb. Təcrübə göstərir ki, əgər istək və siyasi iradə olarsa, suveren ölkələrin hökumətləri ən çətin məsələləri özləri həll etməyə qadirdirlər. Ermənistanın kənardan hər hansı həll yolunu qəbul etdirmək cəhdi isə eskalasiyaya aparan yoldur”, - rusiyalı deputat bildirib.

D.Savelyev qeyd edib ki, Ermənistan tərəfinin danışıqlar yolu ilə məsələnin həllinin mümkün olmaması ilə bağlı təsəvvür yaratmasına dair cəhdləri manipulyasiyadır: “Təəssüf ki, bu vəziyyətdə məhz tərəflərdən birinin istəyi və siyasi iradəsinin şahidi olmuruq. Bunun arxasında açıq-aşkar əvvəllər götürülmüş öhdəliklərə əməl etməmək cəhdi dayanır. Axı Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 25-də Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşdə problemin həlli üçün Ağdam-Xankəndi yolunun dərhal açılmasını təklif edib. Yəni hazırda humanitar problemi həll etmək imkanı var. Amma görünən odur ki, Ermənistan tərəfini Qarabağ əhalisinin problemi deyil, dialoqdan yayınmaqla xarici müdaxilə vasitəsi ilə öz nöqteyi-nəzərini yeritmək maraqlandırır. Amma bunu belə həyata keçirmək mümkün deyil”.

"Münaqişə vəziyyətlərinin həlli üçün danışıqlarda iştirak edən tərəflərdən birinə təzyiq cəhdləri yox, daha uzunmüddətli dialoq lazımdır. Üstəlik, fikrimcə, Ermənistanın Qərbi bu prosesə cəlb etməsi tamamilə məntiqsizdir. Müasir dövrdə Qərbin hər hansı ölkəni sülhə məcbur etməklə bağlı cəhdləri yaxşı nəticə verməyib. Vəziyyətin dalana dirəndiyi təsəvvürünü yaratmaq lazım deyil - bu vəziyyət onsuz da belə deyir. Yüklərin və sərnişinlərin daşınması üçün alternativ yollar axtarılmalıdır”, - D.Savelyev bildirib.


Вернуться назад