Главная > Dünya > Rusiya növbəti dəfə ballistik raketlərlə Ukraynaya hücum edib, ölən və yaralananlar var - YENİLƏNİB

Rusiya növbəti dəfə ballistik raketlərlə Ukraynaya hücum edib, ölən və yaralananlar var - YENİLƏNİB


15-08-2023, 11:21. Разместил: azadses
Rusiyanın Ukraynanın Lutsk şəhərindəki sənaye obyektinə raket hücumu nəticəsində 3 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində həmçinin daha 3 nəfər yaralanıb.

Dneprə zərbələr nəticəsində isə ərazidəki idman kompleksində yanğın başlayıb.

09.45
Rusiya ötən gün axşam saatlarında ballistik raketlərlə Ukrayna ərazisinə hücum edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak "X"də yazıb.

O bildirib ki, Lvov, Lutsk və Dnepr vilayətlərindəki yaşayış binaları, sənayə müəssisələri qanadlı və ballistik raketlərlə hücuma məruz qalıb.

M.Podolyak qeyd edib ki, bu hücumlarda əsas məqsəd Ukrayna xalqına qarşı psixoloji təzyiq göstərilməsidir.

Hücumun dəqiq nəticələri hələ ki məlum deyil.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən ilin fevralın 24-də başlayıb.


Вернуться назад