Главная > Dünya > ABŞ-də yaşayış binasının partlaması nəticəsində 4 nəfər ölüb

ABŞ-də yaşayış binasının partlaması nəticəsində 4 nəfər ölüb


13-08-2023, 13:39. Разместил: azadses
ABŞ-nin Pensilvaniya ştatının Pitsburq şəhərinin kənarında yaşayış binasının partlaması nəticəsində 4 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, bir nəfərin vəziyyəti ağırdır, daha bir nəfər isə itkin düşüb.

Üç ev tamamilə dağılıb, daha bir neçə binaya maddi ziyan dəyib.

Partlayışın səbəbləri müəyyənləşdirilir.


Вернуться назад