Главная > Dünya > Rusiyanın Kaluqa vilayətinə növbəti dəfə PUA hücumu olub
Rusiyanın Kaluqa vilayətinə növbəti dəfə PUA hücumu olub12-08-2023, 08:45. Разместил: azadses |
Rusiyanın Kaluqa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Vladislav Şapşa bildirib. Onun sözlərinə görə, vilayətin Dzerjinski rayonunda hava hücumundan müdafiə sistemləri işə salınıb. V.Şapşa PUA-lardan birinin vurulduğunu bildirib. Qubernator həmçinin itki olmadığını söyləyib. Qeyd edək ki, avqustun 11-də Kaluqada elektrik yarımstansiyalarından biri partladılıb. Nəticədə vilayətin hava məkanı qısamüddətli də olsa bağlanıb. Вернуться назад |