Главная > Dünya > Danimarka İsveçin ardınca Quranın yandırılmasından sonra sərhəd nəzarətini gücləndirib
Danimarka İsveçin ardınca Quranın yandırılmasından sonra sərhəd nəzarətini gücləndirib5-08-2023, 08:49. Разместил: azadses |
İsveçin ardınca Danimarka da Quranın yandırılması ilə bağlı hərəkətlərə görə təhlükəsizlik tədbirlərini gücləndirir. "Report" xəbər verir ki, bu barədə "The Local" məlumat yayıb. Belə ki, Kopenhagendə nümayişçilərin Quranı yandırdığı son nümayişlərlə bağlı təhdidlərə görə Danimarkanın Almaniya və İsveçlə sərhədlərində nəzarət gücləndiriləcək. Qərar Milli Polis Kəşfiyyat Xidmətinin tövsiyəsi əsasında qəbul edilib və avqustun 10-dək qüvvədə olacaq. Bir gün əvvəl müqəddəs kitabın yandırıldığı aksiyalarla bağlı mümkün nəticələrə görə İsveç polisi təhlükəsizlik vəziyyətinin pisləşməsi və terror hücumları riskinin artması ilə əlaqədar milli səviyyədə xüsusi tədbirlər elan edib. Həmçinin, İsveç hökuməti polisə insanları dayandırmaq və axtarış etmək üçün daha geniş səlahiyyətlər verməklə daxili təhlükəsizlik və sərhəd nəzarətini gücləndirib. Son həftələr Danimarka və İsveçdə Quranın yandırılması və ya başqa şəkildə təhqir olunması ilə bağlı bir neçə etiraz aksiyası keçirilib. Bu, ölkənin müsəlman dünyası ilə münasibətlərində gərginliyə səbəb olub. Вернуться назад |