Главная > Dünya > Rusiya XİN: “Qərb dövlətləri Ermənistanı çirkli üsullarla şantaj edir”

Rusiya XİN: “Qərb dövlətləri Ermənistanı çirkli üsullarla şantaj edir”


4-08-2023, 16:55. Разместил: azadses
“Qərb dövlətləri Ermənistanı çirkli üsullarla şantaj edir”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün Moskva ilə İrəvan arasında müxtəlif beynəlxalq platformalarda ciddi əlaqələr qurulub: “Qərb ölkələri bizim tərəfdaşlığımıza xələl gətirmək istəyir. Bu istiqamətdəki səylər Rusiya ilə Ermənistan arasındakı əsas mənfi məqamlardır”.

D.Qonçar bildirib ki, Rusiya bütün problemli məsələləri danışıqlar yolu ilə, birbaşa və səmimi dialoq çərçivəsində həll etməkdə maraqlıdır.


Вернуться назад