Главная > Dünya > “AŞPA bölgəyə faktaraşdırıcı missiyanı Ermənistanın mina terrorunu araşdırmaq üçün göndərməlidir” - RƏY
“AŞPA bölgəyə faktaraşdırıcı missiyanı Ermənistanın mina terrorunu araşdırmaq üçün göndərməlidir” - RƏY3-08-2023, 17:45. Разместил: azadses |
“Avropa Şurası Parlament Assambleyası (AŞPA) bölgəyə faktaraşdırıcı missiyanı Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin vəziyyəti ilə bağlı deyil, Ermənistanın mina terroru, Qarabağa qanunsuz silah daşınması ilə bağlı göndərməlidir”. Bunu “Report”a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Könül Nurullayeva deyib. O, AŞPA prezidenti Tini Koksun Qarabağdakı ermənilərin humanitar və insan haqları ilə bağlı vəziyyətinə dair mövqeyinin qəbuledilməz olduğunu vurğulayıb: “Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsi də artıq məsələyə etiraz edib. İlk növbədə AŞPA-dan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmaq tələb olunur. “Humanitar böhran” iddiasına gəlincə, təbii ki, bu, Ermənistan tərəfinin uydurmasıdır. Çünki Laçın yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə hər iki istiqamətdə gündəlik keçid təmin olunur. Hətta erməni sakinlərin tibbi məqsədlər üçün keçidi ilə bağlı da heç bir maneə yoxdur. Amma görünür, AŞPA bu reallıqları araşdırmaq istəmir. Halbuki məsələ obyektiv araşdırılsa, məlum olacaq ki, əslində, Ermənistanın göstərişi ilə bir qrup separatçı Azərbaycanın digər bölgələrindən Azərbaycanın Qarabağ bölgəsində ermənilər yaşayan məntəqələrə gedən yolları bağlayaraq Ermənistandan nəzarətsiz şəkildə tədarük üçün xüsusi yol tələb edir. Məhz İrəvanın təkidi ilə onlar Ağdam-Xankəndi yolunu beton bloklarla bağlayıblar. Burada məqsəd humanitar fəlakət şousu yaratmaqdır”. Deputat söyləyib ki, 44 günlük Vətən müharibəsi başa çatan kimi Bakı İrəvana sülh təklifi verib, amma Ermənistan öz havadarlarının təsiri altında sülhü pozmaq üçün əlindən gələni edir: “Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə Azərbaycan ərazilərinə qanunsuz silah-sursatın daşınmasının qarşısı alınıb. Mina qurbanlarının sayı hər gün artır. AŞPA Ermənistanın mina terrorunu pisləməlidir. Faktaraşdırıcı missiya qeyri-dəqiq mina xəritələrinin fəsadlarını gündəmə gətirməli, mülki azərbaycanlıların mina qurbanına çevrilməsindən narahat olmalıdır. Bu regionda bütün öhdəlikləri pozan Ermənistandır. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir”. Xatırladaq ki, AŞPA prezidenti Tini Koks iyulun 31-də bəyanat yayaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin humanitar böhranla üzləşdiyini iddia edib. O, rəhbərlik etdiyi qurumun Avropa Şurası Nazirlər Komitəsindən Azərbaycana mümkün qədər tez bir zamanda faktaraşdırıcı missiya göndərməyi istədiyini söyləyib. Вернуться назад |