Главная > Dünya > Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var

Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var


30-07-2023, 19:16. Разместил: azadses
Türkiyənin Antalya şəhərində sərnişin mikroavtobusu yük maşını ilə toqquşub, ölən və yaralananlar var.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Alanya rayonunda mikroavtobus yük maşınına çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Əraziyə polis və təcili yardım cəlb edilib.

Qəzanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
Вернуться назад