Главная > Dünya > ABŞ-də güclü tufan 200 mindən çox insanı işıqsız qoyub
ABŞ-də güclü tufan 200 mindən çox insanı işıqsız qoyub30-07-2023, 09:30. Разместил: azadses |
Şiddətli fırtına ABŞ-nin Kolumbiya dairəsində, Virciniya və Merilend ştatlarında elektrik enerjisinin kütləvi kəsilməsinə səbəb olub. “PowerOutage” portalının məlumatına görə, 200 mindən çox istehlakçı işıqsız qalıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtonda təqribən 14 min, Merilenddə 100 min, Virciniyada 90 mindən çox istehlakçı işıqsız qalıb. Kolumbiya dairəsinin yanğınsöndürmə idarəsi ərazidə azı iki nəfərin xəsarət aldığını bildirib. Onların maşınının üstünə ağac aşıb. ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, Vaşinqtonun bəzi ərazilərində küləyin sürəti saniyədə 37 metrə çatıb. Вернуться назад |