Главная > Dünya > Vnukovo aeroportu uçuşların qəbulunu bərpa edib
Vnukovo aeroportu uçuşların qəbulunu bərpa edib30-07-2023, 08:42. Разместил: azadses |
Rusiyanın paytaxtı Moskvadakı Vnukovo hava limanı uçuşların qəbulunu bərpa edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə aviasiya xidmətindən bildirilib. “Aeroport öz işini bərpa edib: uçuşlar və enişlər həyata keçirilir”, - mənbə qeyd edib. 06:10 Moskvadakı Vnukovo hava limanı uçuş və eniş üçün bağlanıb. “Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Vnukovo hava limanı eniş və uçuşlar üçün bağlıdır. Uçuşlar başqa hava limanlarına yönləndirilir. Bir reys gözləmə zonasındadır”, - agentliyin mənbəsi bildirib. 16 gəliş və dörd gediş reysi gecikir. Moskva Aviasiya Qovşağının digər hava limanları normal rejimdə işləyir. Xatırladaq ki, Rusiyanın paytaxtı Moskva, həmçinin Moskva vilayəti dron hücumuna məruz qalıb. Rəsmilər itkilərin olmadığını bildirsə də, mətbuatda bir nəfərin xəsarət aldığına dair məlumat yayılıb. Вернуться назад |