Главная > Dünya > Polşa və Litva Belarusla sərhədi tamamilə bağlaya bilər

Polşa və Litva Belarusla sərhədi tamamilə bağlaya bilər


29-07-2023, 17:46. Разместил: azadses
Polşa və Litva Belarusla sərhədi tamamilə bağlaya bilər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litvanın xarici işlər nazirinin müavini Arnoldas Abramaviçus deyib.

O bildirib ki, buna səbəb Belarusdakı “Vaqner” Xüsusi Hərbi Şirkətinin ehtimal edilən təxribatlarıdır: “Onlar özlərini qaçqın və qeyri-qanuni miqrant kimi təqdim edərək təxribata əl ata bilərlər”.

Qeyd edək ki, son günlər “Vaqner”çilərin kütləvi surətdə Belarusa hərəkəti müşahidə olunur.
Вернуться назад