Главная > Dünya > Bu gün İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək

Bu gün İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək


23-07-2023, 09:33. Разместил: azadses
İspaniya vətəndaşları parlamentin may ayında buraxılmasından sonra vaxtından əvvəl keçiriləcək ümumi seçkilərdə bu gün səs verəcəklər.

“Report”un məlumatına görə, seçkilər əvvəlcə dekabr ayına təyin edilmişdi.

Bununla belə, may ayında İspaniyanın 12 bölgəsində yerli seçkilər keçirilib və onlardan səkkizində, o cümlədən Madriddə müxalifət “Xalq Partiyası” qalib gəlib.

Baş nazir Pedro Sançesin “Sosialist Partiyası” bələdiyyə seçkilərində uğursuz çıxış etdiyi üçün parlament buraxılıb və növbədənkənar seçkilər təyin edilib.

Sorğulara görə, heç bir partiya mütləq çoxluğu qazana bilməyəcək, ona görə də ispanlar daha çox sol və sağ koalisiya arasında seçim edirlər. Əgər sonuncu qalib gəlsə, Frankonun ölümündən sonra ilk dəfə ifrat sağçı hökumətə daxil ola bilər.


Вернуться назад