Главная > Dünya > Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 26-ya çatıb

Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 26-ya çatıb


22-07-2023, 14:11. Разместил: azadses
Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 26-ya çatıb
İyulun 18-də Kolumbiyanın Kundinamarka departamentində bir kəndi vuran torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26-ya yüksəlib.

“Report” xəbər verir ki, bu barədə bölgənin qubernatoru Nikolas Qarsiya tviterdə bildirib.

“Çıxarılan meyitlərin ümumi sayı 26-ya çatıb. Sabah biz itkin düşən daha üç nəfəri tapmağa çalışmalıyıq”, - o, sosial şəbəkədə yerləşdirdiyi videomüraciətdə açıqlayıb.

Xatırladaq ki, iyulun 18-də Kolumbiyanın mərkəzində yerləşən Naranxal kəndində gecə saatlarında sürüşmə baş verib. Yağan leysan qayaların sürüşməsinə səbəb olub, nəticədə yerli çaylar sahillərini aşıb. Axtarışların ilk günündə 14 nəfərin öldüyü, 20 nəfərin itkin düşdüyü bildirilirdi.


Вернуться назад