Главная > Dünya > Cənubi Koreya Prezidentinin qayınanası bank sənədi saxtalaşdırdığına görə saxlanılıb

Cənubi Koreya Prezidentinin qayınanası bank sənədi saxtalaşdırdığına görə saxlanılıb


22-07-2023, 09:33. Разместил: azadses
Koreya Respublikasının hüquq-mühafizə orqanları ölkə Prezidenti Yun Sok Yolun qayınanası Çxve In Sunu hesabdakı qalıq haqqında saxta bank sənədi hazırladığına görə saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bu, məhkəmənin onun qanun pozuntusuna görə 2021-ci ildə birillik həbs cəzası ilə bağlı apellyasiya şikayətini təmin etməməsindən sonra baş verib. O zaman o, həbs olunmamışdı.

Agentlik bildirib ki, hazırda 76 yaşlı qadın məhkəmədə özünü təqsirli bilməyib və şikayəti rədd edildikdən sonra huşunu itirib.

Qadın 2013-cü ildə paytaxt Seulun cənubundakı Sonnam şəhərində torpaq sahələri almaq üçün istifadə etdiyi 34,7 milyard von (təxminən 27 milyon dollar) məbləğində depozit sertifikatını saxtalaşdırmaqda ittiham olunur. Apellyasiya Məhkəməsi bunu ağır cinayət hesab edib.

Koreya Respublikası Prezidentinin qayınanası öncələr də 2015-ci ildə lazımi tibbi lisenziya olmadan qocalara qulluq müəssisəsi açdıqdan sonra dövlət tibbi sığortası üzrə təqribən 1,7 milyon dollar müavinət almağına görə dələduzluqda ittiham olunub. O, əvvəlcə üç il həbs cəzasına məhkum edilmişdi, lakin sonda keçən il Seul məhkəməsi tərəfindən təqsirli bilinməmişdi.


Вернуться назад