Главная > Dünya > KİV: Çin kosmos yarışında ABŞ-a qalib gəlmək istəyir

KİV: Çin kosmos yarışında ABŞ-a qalib gəlmək istəyir


21-07-2023, 18:19. Разместил: azadses
“Pekin ABŞ-ı qabaqlayaraq kosmos yarışında qalib gəlməyə ciddi yanaşır”.

“Report” xəbər verir ki, bu fikri “The Washington Post” qəzetinin xarici siyasət köşə yazarı Devid İqnatius deyib.

“Çinin ABŞ üçün yaratdığı bütün potensial təhlükələrdən məni ən çox kosmosda hökmranlığın gələcəyi narahat edir. Sakit, lakin israrla Çin Amerikaya - ilk dəfə aya insan endirmiş ölkəyə - meydan oxumaq və bu məkanda liderlik uğrunda mübarizə aparmaq üçün silah arsenalını inkişaf etdirir”-deyə, o bildirib.

Onun sözlərinə görə, Pekin bu “son yüksəkliyi” almaq və ona nəzarət etmək istəyir: “Pentaqon kommersiya peyklərini aşağı Yer orbitinə çıxarmaq üçün Starlink və Maxar kimi 130-dan çox şirkətlə əməkdaşlıq edir. Hökumət sistemlərinin və kommersiya peyklərinin birləşməsi Vaşinqtonun Pekinin liderlik istəyinə cavabı ola bilər.

Bununla belə, Çin ABŞ peyklərini sıradan çıxarmağa qadir ola bilər. Odur ki, bu sahədə qaydalar Pekinlə müzakirə edilməlidir. Əks halda ABŞ son sərhəddə bir zamanlar təsiredici üstünlüyünü itirə bilər”.


Вернуться назад