Главная > Dünya > Seul Pxenyanı təhdid edib: Nüvə silahından istifadə Şimali Koreyanın sonu olacaq

Seul Pxenyanı təhdid edib: Nüvə silahından istifadə Şimali Koreyanın sonu olacaq


21-07-2023, 13:30. Разместил: azadses
Koreya Xalq Demokratik Respublikasının (KXDR) müttəfiq olan Koreya Respublikası və ABŞ-a qarşı nüvə silahından istifadə etməsi bu ölkənin mövcudluğunun sona çatmasına gətirib çıxaracaq.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Koreya Respublikası və ABŞ-a qarşı hər hansı nüvə hücumu baş verərsə, KXDR hakimiyyəti alyansın dərhal, böyük və qətiyyətli cavabı ilə üzləşəcək.

“Bir daha xəbərdarlıq edirik ki, belə bir hücum Şimali Koreya rejiminin sona çatmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələyib.


Вернуться назад