Главная > Dünya > Vaşinqton və Brüsseldə gizli danışıqlar - Ermənistan Rusiyadan qurtulmaq üçün çabalayır - ŞƏRH

Vaşinqton və Brüsseldə gizli danışıqlar - Ermənistan Rusiyadan qurtulmaq üçün çabalayır - ŞƏRH


20-07-2023, 17:47. Разместил: azadses
Rusiyadan qurtulmaq, heç olmasa, bu təsiri minimuma endirmək Ermənistan hökumətinin əsas prioritetlərindən birinə çevrilib. Son vaxtlar hakimiyyət bu istiqamətdə aktiv fəaliyyət aparır. Ermənistan rəsmiləri bir-birinin ardınca Qərb ölkələrinə səfərlər edir, Kremlin təsirini azaltmaq yollarını arayırlar.

Erməni mətbuatı yazır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Brüsseldə Qərb məmurları və NATO nümayəndələri ilə görüşlərində bu və digər məsələlər diqqət mərkəzində olub. Görüşlərin təfərrüatlarına əsasən, Qriqoryan açıq şəkildə bəyan edib ki, ölkəsinin prioriteti Rusiyadan asılılığı minimuma endirməkdir.

Ermənistanın baş naziri Nikol Paşinyana xüsusi yaxınlığı ilə seçilən bu şəxs baş nazirin mesajlarını Qərbdəki tərəfdaşlarına çatdırıb. TŞ rəhbərinin əsas mesajı bundan ibarət olub ki, rəsmi İrəvan NATO ölkələri ilə yaxınlaşmaq xətti götürüb və ilk “uğuru” da var. Fransa parlamentinin spikeri Jerar Larşe rəsmi Paris qarşısında Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün ona müdafiə silahlarının verilməsi prosesini sürətləndirməsi tələbini qoyub.


Вернуться назад