Главная > Dünya > Yeni Zelandiyada atışma nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Yeni Zelandiyada atışma nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb


20-07-2023, 07:54. Разместил: azadses
Yeni Zelandiyanın Oklend şəhərində atışma baş verib, nəticədə 2 nəfər ölüb, azı 6 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Otago Daily Times” qəzeti bildirib.

Məlumata görə, ölənlərin olması barədə də məlumat var, lakin polis hələ bunu təsdiqləməyib.

Jurnalistlərin məlumatına görə, üç yaralının vəziyyəti ağırdır.

Ölkənin Baş naziri Kris Hipkins bildirib ki, insident nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri hadisəni törədən silahlı şəxsdir.

Oklend meri Ueyn Braun hadisəni törədən silahlının öldürüldüyünü desə də, polis bu məlumatı hələ təsdiqləməyib.


Вернуться назад