Главная > Dünya > Odessanın atəşə tutulması nəticəsində 3 minə yaxın insan işıqsız qalıb
Odessanın atəşə tutulması nəticəsində 3 minə yaxın insan işıqsız qalıb19-07-2023, 17:47. Разместил: azadses |
Rusiyanın Odessa vilayətini bu gecə atəşə tutması nəticəsində bir neçə elektrik xətti kəsilib, nəticədə 3 minə yaxın insan işıqsız qalıb. “Report” xəbər verir ki, bu barədə "RBC-Ukraina" Ukrayna Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Rusiya aclıq və problemlər yaratmağa, Ukraynanın qərb müttəfiqlərini zəiflətməyə çalışır. Bunun qarşısını almaq üçün işğalçı dövlətin terroruna sistemli cavab vermək lazımdır”, - Bunu isə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak bildirib. "Rusiyanın Odessa terroru bir daha sübut edir ki, onlara aclıq və problemlər lazımdır. Onlar qərb üçün qaçqın böhranı yaratmaq istəyir. Hər şey müttəfiqləri zəiflətmək və daxili işlərə siyasi müdaxilə etmək üçün edilir”, - Yermak yazıb. Onun sözlərinə görə, Rusiyanın cinayət əməlləri sistemli cavab tələb edir. Xüsusən də ruslara onlardan yan keçməyə kömək edənlərə qarşı sanksiyaları sərtləşdirmək lazımdır. Вернуться назад |