Главная > Dünya > Ən kasıb ölkələr “Taxıl sazişi”nin son aylarında 1%-dən az ərzaq alıblar

Ən kasıb ölkələr “Taxıl sazişi”nin son aylarında 1%-dən az ərzaq alıblar


18-07-2023, 11:09. Разместил: azadses
“Taxıl sazişi” çərçivəsində Qara dəniz vasitəsilə daşınan yüklərin onsuz da daha kiçik payını təşkil edən dünyanın ən kasıb ölkələri müqavilənin son iki ayında Ukraynadan yalnız bir partiya taxıl alıblar.

“Report” xəbər verir ki, bu, “TASS”ın Birgə Koordinasiya Mərkəzinin məlumatları əsasında apardığı hesablamalarda göstərilib.

Qeyd olunub ki, Rusiyanın müqaviləni 60 gün uzatmağa razılaşdığı mayın 18-dən müqavilənin ləğv olunduğu elan edilən iyulun 17-dək BMT-nin aşağı gəlirli ölkələri bu müddət ərzində Ukraynadan dəniz yolu ilə ixrac edilən yükün 0,7%-ni alıb.

Söhbət Çornomorskdan Efiopiyaya 20 min tondan bir qədər çox günəbaxan yağı çatdıran bir gəmidən gedir. Eyni 60 gün ərzində yüksək gəlirli ölkələr, əsasən Qərbi Avropa ölkələri yüklərin 36 faizini, yuxarı-orta gəlirli ölkələr yüklərin 42 faizini əldə edib.


Вернуться назад